...

Azərbaycanda ali məktəblərə akademik muxtariyyət veriləcək

Cəmiyyət Materials 9 İyul 2015 14:28 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinə akademik muxtariyyət veriləcək.
Azərbaycanda ali məktəblərə akademik muxtariyyət veriləcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali təhsil müəssisələrinə akademik muxtariyyət veriləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ali təhsil müəssisələrinin dekanları üçün keçirilən təlimlərdə çıxışı zamanı deyib ki, artıq Azərbaycanda bütün ali təhsil müəssisələrinə maliyyə muxtariyyəti verilib. Hazırda isə akademik muxtariyyətin verilməsi istiqamətində işlər görülür.

Y.Piriyevin sözlərinə görə, universitetlər bu imkanlardan yararlana bilmək üçün hazırlıqlı olmalıdırlar.

TN rəsmisi bu baxımdan ali təhsil müəssisələrinin dekanları üçün "Tədrisin təşkili" mövzusunda təlimlərin keçirilməsinin əhəmiyyətinin böyük olduğunu da deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti