...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iftar süfrələri açır (FOTO)

Cəmiyyət Materials 13 İyul 2015 14:22 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iftar süfrələri açır (FOTO)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir.

DQİDK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.

Artıq paytaxtla yanaşı, bir neçə bölgədə belə iftar süfrələri təşkil ounub. Məsələn, Bakıda, Şamaxıda, Ağdam, Ağcabədidə keçirilən belə tədbirlərdə DQİDK ilə yanaşı, yerli icra hakimiyyətlərinin nümayəndələri, dini icma üzvləri, ağsaqqallar, gənclər, həmçinin, dindarlar iştirak ediblər.

Dövlət Komitəsinin nümayəndələri qeyd ediblər ki, ölkə rəhbərliyi hər zaman dindarlara diqqət və qayğı göstərir, dindarların ibadəti üçün hər cür şərait yaradılır. Onlar həmçinin dövlətin dinə diqqət və qayğısının təməlinin Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar.

Çıxış edən dindarlar göstərilən diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlıqlarını bildirib, bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti