...

Azərbaycanda Ramazan bayramı günlərində hava küləkli olacaq

Cəmiyyət Materials 16 İyul 2015 12:45
Azərbaycanda Ramazan bayramı günlərində hava küləkli olacaq.
Azərbaycanda Ramazan bayramı günlərində hava küləkli olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Ramazan bayramı günlərində hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 17-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

Qeyd edək ki, iyulun 17-i və 18-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti