Azərbaycan, Bakı, 9 avqust /Trend/
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə 20-29 iyul tarixlərində 47-ci Beynəlxalq Kimya Olimpiadası Azərbaycanda uğurla keçirildi.
Bu möhtəşəm bilik yarışında dünyanın 5 qitəsinin 75 ölkəsindən 300-ə yaxın gənc kimyaçı, habelə 250-dən çox kimyaçı alim, münsiflər heyəti, kimya və pedaqogika üzrə mütəxəssislər, müşahidəçilər və qrup rəhbərləri iştirak ediblər.
Trend Beynəlxalq İnformasiya Agentliyi Bakıda keçirilmiş gənc kimyaçıların yarışına, onların medallar uğrunda mübarizəsinə, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayevanın, alimlərin, pedaqoqların, müşahidəçilərin və başqalarının 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə verdiyi töhfəyə həsr edilmiş filmi sizin diqqətinizə təqdim edir.