...

DMX-nin peşə hazırlığı kursunu bitirən internat məktəbi məzunlarına sertifikatlar verilib (FOTO)

Cəmiyyət Materials 14 Avqust 2015 16:33 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilmiş peşə hazırlığı kursunu bitirən internat məktəbinin 12 nəfər məzununa peşə sertifikatları təqdim olunub.
DMX-nin peşə hazırlığı kursunu bitirən internat məktəbi məzunlarına sertifikatlar verilib (FOTO)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilmiş peşə hazırlığı kursunu bitirən internat məktəbinin 12 nəfər məzununa peşə sertifikatları təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin məşğulluğunun təmin olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi əksini tapır. Proqrama uyğun olaraq, gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin birinci yarımili ərzində DMX tərəfindən münasib işlə təmin edilən 13676 min nəfərdən 5647 nəfərini, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1800 nəfərdən 1454 nəfərini gənclər təşkil edib.

Eyni zamanda, internat məktəbini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərin gələcəkdə əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun dəstəklənməsi diqqətdə saxlanılır. Bu məqsədlə DMX tərəfindən cari ilin may ayında ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilib. Həmin gənclər üç ay ərzində ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küç. 44) peşə təlimində olaraq müvafiq peşəyə yiyələniblər.

Peşə təlimi zamanı onlara daim qayğı ilə yanaşılaraq, müvafiq nəzəri və praktik biliklərə lazımi səviyyədə yiyələnmələri üçün bütün işlər görülüb. İnternat məktəbini və peşə hazırlığı kursunu eyni vaxtda başa vuran bu gənclərin yenicə yiyələndikləri peşə bacarıqları onların əmək bazarına çıxışının asanlaşmasına imkan yaratmaqla, səmərəli məşğulluqlarının təminatına mühüm dəstəkdir.

Tədbirdə kursu bitirən gənclərin öz peşələri üzrə münasib iş yerləri ilə təmin olunmalarının diqqətdə saxlanacağı da vurğulanıb. Peşə hazırlığı kursunu bitirən gənclər həmişə diqqət və qayğı ilə əhatə olunmalarına, habelə gələcək məşğulluqlarının təmin olunması üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti