...

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı Qayda təsdiq edilib

Cəmiyyət Materials 19 Avqust 2015 09:58 (UTC +04:00)
Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı Qayda təsdiq edilib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İlkin İzzət/

Nazirlər Kabineti "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Trend xəbər verir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

"Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası" təsdiq edilməsi barədə qərar qəbul edib.

Qaydalar barəsində bu linqdən tanış ola bilərsiniz: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=76290

Məqalədə:
Xəbər lenti

Xəbər lenti