...

Xaçmazın Ağaşirinoba kəndinə ilk dəfə təbii qaz verilib

Cəmiyyət Materials 21 Avqust 2015 20:27 (UTC +04:00)
Xaçmaz rayonunun Ağaşirinoba kəndinə ilk dəfə təbii qaz verilib.
Xaçmazın Ağaşirinoba kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Xaçmaz rayonunun Ağaşirinoba kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Avqustun 21-də Xaçmaz rayonunun Ağaşirinoba kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 112 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 8431 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 112 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti