...

Bakıda sürücülər yolayrıclarını keçmə qaydalarını bilmir – statistik göstəricilər

Cəmiyyət Materials 8 Sentyabr 2015 11:29 (UTC +04:00)
Bakıda sürücülər əsasən yolayrıclarını keçmə qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunurlar.
Bakıda sürücülər yolayrıclarını keçmə qaydalarını bilmir – statistik göstəricilər

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda sürücülər əsasən yolayrıclarını keçmə qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunurlar.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə (BŞDYPİ) bildiriblər ki, 2015-ci il yanvarın 1-dən sentyabrın 5-dək Bakıda 548 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində 154 nəfər ölüb, 641 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 64 fakt, ölüm sayı 53 fakt, xəsarət alanların sayı isə 35 nəfər azalıb.

Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər zamanı Bakı şəhəri üzrə 631 693 halda inzibati protokol tərtib edilib. Bunlardan 12421-i sürücülərin avtomobili sərxoş halda idarə etməsinə, 9302-si svetoforun qırmızı işığında keçməsinə, 2691-i polisin qanuni tələblərinin yerinə yetirilməməsinə, 7781-i sürət həddinin aşılmasına, 430-u dövlət qeydiyyat nişanı olmadan idarə edilməsinə, 58-i dəmiryol keçidi ilə kəsişən hissədə yol hərəkəti qaydalarının, 1484-ü sərnişindaşıma qaydalarının, 125 896-sı yolayrıcını keçmə qaydalarının pozulmasına, 6218-i avtomobilin icazə verilməyən ötmə, manevetmə, pərdə və 2530-i plyonkalı idarə edilməsinə və 341380 digər (sükan arxasında telefonla danışma, siqnal, yol nişanlarının tələblərinə əməl etməmə, sirenalı üstün nəqliyyat vasitələrinə yol verməmək, qəza şəraiti yaradılması, texniki baxışdan vaxtında keçməmək, düzgün parklanmamaq, avtobus dayanacaqlarını zəbt etmə və s.) qayda pozuntularına görə tərtib edilib.

Sürücülərlə yanaşı yol hərəkəti qaydalarını pozan 78 193 piyada da inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Bunan əlavə, yol hərəkət qaydalarını pozduğuna görə Mərkəzi Məlumat Xidməti tərəfindən də yol hərəkəti iştirakçıları barəsində 220999 elektron protokol tərtib edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və yaxınlarının həyatını təhlükə altına atmamağı tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti