...

Bakı-Sumqayıt qatarlarında qiymətlər 70 qəpikdən yuxarı ola bilər

Cəmiyyət Materials 14 Sentyabr 2015 14:08 (UTC +04:00)
Bakı-Sumqayıt qatarlarının ekonom-sinif vaqonlarda gediş haqqının qiyməti 70 qəpik, biznes-sinifdə isə daha bahalı ola bilər.
Bakı-Sumqayıt qatarlarında qiymətlər 70 qəpikdən yuxarı ola bilər

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt qatarlarının ekonom-sinif vaqonlarda gediş haqqının qiyməti 70 qəpik, biznes-sinifdə isə daha bahalı ola bilər. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda Tarif (qiymət) Şurası sözügedən məsələ ilə bağlı təklifləri dəyərləndirir: "Ya bu gün, ya da sabah Tarif (qiymət) Şurası qiymətləri elan edəcək. Təbii ki, ekonom-siniflə biznes-sinifin qiymətində fərqli rəqəmlər olacaq. Yəqin ki, biznes-sinifdə qiymət 70 qəpikdən yuxarı olacaq. Amma indidən konkret qiyməti açıqlaya bilmərəm".

Xatırladaq ki, sentyabrın 12-də Bakı-Sumqayıt sərnişin qatarı istifadəyə verilib. Qiymətlər müəyyənləşənə qədər sərnişinlər qatarlardan pulsuz istifadə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti