...

Gənc alimlər Bakıya gələcək

Cəmiyyət Materials 14 Sentyabr 2015 13:47 (UTC +04:00)
20-dən çox ölkədən gənc alimlər Bakıya gəlir.
Gənc alimlər Bakıya gələcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Elmir Murad/

20-dən çox ölkədən gənc alimlər Bakıya gəlir.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, 12-15 oktyabrda Bakıda AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və tələbələrin "Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma" adlı VI beynəlxalq elmi konfrans keçiriləcək. Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə baş tutacaq Gənc Alim və Mütəxəssislər Şurasının tədbirinə qatılmaq üçün İngiltərə, Rusiya, Türkiyə, Serbiya, Macarıstan, Bolqarıstan və digərləri daxil olmaqla ümumən 20 ölkədən 200-dən çox alim, o cümlədən doktorant və magistr, həmçinin tələbə müraciət edib.

Müraciətlərin ekspertizası nəticəsində 18 ölkədən 150 gənc tədqiqatçının tədbirdə iştirak edəcəyi müəyyənləşdirilib. Hazırda konfransla bağlı təşkilati işlər həyata keçirilir.

Tədbirin rəsmi aşılış mərasimi AMEA-nın əsas binasında, geologiya və geofizikanın müxtəlif istiqamətləri üzrə çıxış və təqdimatlar isə GGİ-də olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti