...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayında xeyli azalma var

Cəmiyyət Materials 16 Sentyabr 2015 15:29 (UTC +04:00)
Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalıb.
Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayında xeyli azalma var

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qurum yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən istehsalatla əlaqəli 14 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır.

Həmçinin qeyd olunan hadisələr nəticəsində xəsarət alanların sayı 7,1 faiz azalıb.

Ümumilikdə cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib.

Bu ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb. İstehsalat qəzalarının sayının azalması DƏMX-nin ölkədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini mütəmadi olaraq gücləndirməsinin, habelə əməyin təhlükəsizliyi ilə bağlı işəgötürənlər arasında apardığı ardıcıl maarifləndirmə işlərinin müsbət nəticəsidir.

Bu istiqamətdə tədbirlərin davamı olaraq Xidmət tərəfindən cari ilin sentyabr ayı ölkədə "Təhlükəsiz iş aylığı" elan olunub. Aylıq çərçivəsində görülən tədbirlər iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsinə, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti