...

Baş həkimin müavini: Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır

Cəmiyyət Materials 18 Sentyabr 2015 10:46 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda dünən mikroavtobusun maneyəyə çırpılması nəticəsində baş verən qəza nəticəsində yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır.
Baş həkimin müavini: Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı-Sumqayıt yolunda dünən mikroavtobusun maneyəyə çırpılması nəticəsində baş verən qəza nəticəsində yaralanan xəstələrin vəziyyəti ağır olaraq qalır.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev Trend-ə bildirib ki, dünən ümumilikdə xəstəxanaya 10 yaralı daxil olub. Onların 1-i Bakıya - Kliniki Tibbi Mərkəzə göndərilib, 1 nəfər qadın isə dünyasını dəyişib.

E.Quliyev deyib ki, xəstələrdən birinin - ayağı ambutasiya olunmuş qadının vəziyyəti ağır olaraq qalır: "Qalan xəstələrin vəziyyəti isə stabil ağır qiymətləndirilir. Hazırda yaralılardan ikisinin ayağı ambutasiya olunub, 3 yaralının aşağı ətraflarında sınıqlar var, qalan xəstələr isə kəllə-beyin travması alıblar".

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında 3 nəfər ölüb, 3 yaralı xəstəxanaya daxil olarkən onların bir və ya iki ayağı ambutasiya olunmuş vəziyyətdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti