...

Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzi açıldı

Cəmiyyət Materials 28 Sentyabr 2015 14:53 (UTC +04:00)
Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzi açılıb.
Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzi açıldı

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda "Şahdağ" Turizm İnformasiya Mərkəzi açılıb.

Trend-in məlumatına görə, mərkəzin bu gün keçirilən açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.

Mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər əldə etmək xidmətləri təklif olunacaq.

Müştərilər şirkətə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib, sifarişlərini verə biləcəklər: "Bu, müasir yanaşmadır. Əsas məqsəd turistlərin rahatlığını təmin etməkdən ibarətdir. iİformasiya mərkəzinin açılışı Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi üçün lazımlı addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti