...

Azərbaycan və Fransa arasında turizm təhsili müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2015 15:58 (UTC +04:00)
Parisdə Azərbaycan və Fransa arasında turizm təhsili üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan və Fransa arasında turizm təhsili müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmir Murad/

Parisdə Azərbaycan və Fransa arasında turizm təhsili üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Top Resa 2015" beynəlxalq turizm sərgisi çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və "EM Strasbourg" Biznes Məktəbinin magistratura şöbəsinin müdiri professor Herbert Kosterau arasında görüş keçirilib. Görüşdə turizm sahəsində çalışan müəllim heyətlərinin mübadiləsi və elmi araşdırmaların aparılması, 2016-2017-ci tədris illərində fransız və ingilis dilli tələbələrin mübadiləsi və onların təqaüd almaq imkanları, eləcə də diplomların qarşılıqlı tanınması məsələsi müzakirə olunub.

"Escaet" Biznes Məktəbinin baş direktoru Marie Allantaz ilə keçirilən görüş zamanı qeyd olunan məktəbdə bakalavr və MBA təhsil ala biləcək azərbaycanlı tələbələr üçün təqaüdlərin ayrılması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Sorbon Universitetinin Turizm üzrə Ali təhsil və Tədqiqatlar İnstitutunun (İREST) direktoru, UNESCO-nun Turizm, mədəniyyət və inkişaf kafedrasının və UNITWIN-UNESCO şəbəkəsinin əlaqələndiricisi Maria Qravari-Barbas ilə keçirilən görüş zamanı müəllimlərin və tələbələrin mübadiləsi, ikili diplomların verilməsi, turizm sənayesi nümayəndələri üçün 4 aylıq kurslarda iştirak məsələləri üzrə danışıqlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti