...

Hulusi Akar Gəncədə (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2015 13:19 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gəncə şəhərində olub.
Hulusi Akar Gəncədə (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gəncə şəhərində olub.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar Gəncə şəhərində olublar. Fəxri qonağı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşılayıb və səfər müddətində müşayiət edib.

Fəxri qonağın səfər proqramının mədəni-kütləvi hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev park-kompleksi və Mərkəzini, dahi Nizaminin məqbərəsini, Türkiyənin Baş Konsulluğunu ziyarət edib. Qonaq Gəncə şəhərinə səfərindən məmnunluq bildirib, ziyarət etdiyi tarixi yerlərdə xatirə kitablarına ürək sözlərini yazıb.

Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti