...

Mehdiabadda 47 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim edildi

Cəmiyyət Materials 16 Oktyabr 2015 12:50 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hazır yaşayış binalarından alınaraq təmir edilmiş 47 mənzili müharibə əlilləri və şəhid ailələrinə təqdim edib.
Mehdiabadda 47 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim edildi

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hazır yaşayış binalarından alınaraq təmir edilmiş 47 mənzili müharibə əlilləri və şəhid ailələrinə təqdim edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, son iki həftədə 90-a yaxın ev müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, ƏƏSMN tərəfindən Bakının şəhəri, Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 47 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Mənzillərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev sosial cəhətdən həssas qruplardan olan insanların rifah halının yaxşılaşdırılmasının Prezident cənab İlham Əliyevin siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, həmin insanların sosial təminatının gücləndirilməsi istiqamətində ilbəil geniş vüsət alan tədbirlərdən bəhs edib. Qeyd olunub ki, ölkəmizdə davamlı makroiqtisadi inkişaf şəraitində bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir.

Ç.Əliyev bildirib ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, ilkin mərhələdə respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb və ötən həftə onlardan inşası yekunlaşan 41 ev artıq istifadəyə verilib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli (ümumilikdə 238 mənzil) olan yaşayış binaları da inşa edilir: "Bununla yanaşı, Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması və təmir etdirilməsi işləri görülür. Onlardan artıq təmir işləri yekunlaşan 47 mənzil bu gün müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir. Yaşayış binalarından mənzillərin satın alınması bununla əlaqədar tender elan olunmaqla onun nəticələrinə əsasən həyata keçirilir və hazırda yeni mənzillərin alınması istiqamətində işlər davam etdirilir".

Sonra yeni mənzillərə baxış keçirilib. Ailə üzvlərinin sayına olaraq təqdim olunan, hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.

Tədbirdə iştirak edən ayrı-ayrı əlil ictimai birliklərinin nümayəndələri ölkəmizdə sosial firavanlığın təminatı yönündə aparılan məqsədyönlü dövlət siyasətinin sosial cəhətdən həssas qruplara aid şəxslərin təminatlarının gücləndirilməsi ilə də müşaiyyət olunduğunu, bu istiqamətdə mühüm addımların atıldığını bildiriblər.

Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələrinin üzvləri həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Onlar daim Prezidentin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, bu diqqət və qayğının daha bir nümunəsi kimi yeni mənzillərlə təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti