Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
"Bu Şəhərdə" kollektivi ASAN Könüllülərinin maarifləndirici təşəbbüsü olan "Nəqliyyat Bələdçisi" aksiyasına qoşulub.
Trend-in məlumatına görə, bu gün bir neçə istiqamətdə Coşqun Rəhimov, Rəfael İsgəndərov və Müşviq Abbasov aksiyaya dəstək olaraq vətəndaşları ictimai nəqliyyatdan düzgün istifadəyə çağırıblar.
Qeyd edək ki, "Nəqliyyat Bələdçisi" təşəbbüsü çərçivəsində ASAN Könüllüləri, nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsədi ilə istifadəyə verilən "Baku Bus" avtobuslarında sərnişinlərin avtobuslara növbəli şəkildə daxil olması, kartdan düzgün istifadə etməsi, avtobuslara daxil olarkən və düşərkən müvafiq təlimatlara riayət etməsi qaydaları ilə əlaqədar sərnişinləri marifləndirəcəklər.
"Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək" şüarı ilə keçirilən layihədə 500-ə qədər könüllünün iştirakı nəzərdə tutulub.