...

"Azərsun" modeli beynəlxalq arenada uğur nümunəsi kimi təqdim olunur (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2015 19:32 (UTC +04:00)
Yüksək keyfiyyətli yodlaşdırılmış duz istehsalçısı "Azərsun Holdinq"ə məxsus Masazır duz zavodunun fəaliyyəti beynəlxalq arenada uğurlu nümunə kimi təqdim edilməkdədir.
"Azərsun" modeli beynəlxalq arenada uğur nümunəsi kimi təqdim olunur (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Yüksək keyfiyyətli yodlaşdırılmış duz istehsalçısı "Azərsun Holdinq"ə məxsus Masazır duz zavodunun fəaliyyəti beynəlxalq arenada uğurlu nümunə kimi təqdim edilməkdədir.

Qısa müddət ərzində yodsuz duzun istifadəsi probleminin köklü həllinə nail olması, eyni zamanda göllərdən duz hasil edən tədarükçülərlə işbirliyi modeli beynəlxalq ekspert və təşkilatlar tərəfindən öyrənilməkdədir. Bu dəfə duzun universal yodlaşdırılması sahəsində "Azərsun Holdinq" təcrübəsini öyrənmək üçün ölkəmizə səfər edən YUNİSEF Efiopiya təşkilatının rəhbərliyi və müvafiq dövlət və özəl sektor nümayəndələrindən ibarət heyət "Azərsun Holdinq"də qonaq oldular.

"Azərduz" və digər markaların istehsal olunduğu zavodla əyani tanış olan qonaqlar, həmçinin duz hasil edən Masazır kənd sakinləri ilə görüşdülər. Mövcud modeli yüksək qiymətləndirən qonaqlar qazanılan təcrübəni Efiopiyada Duzun Universal Yodlaşdırılması Proqramının daha müvəffəqiyyətlə həyata keçirilməsi üçün istifadə olunacaqını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti