...

Sabah yay vaxtı ilə vidalaşırıq

Cəmiyyət Materials 24 Oktyabr 2015 10:17 (UTC +04:00)
25 oktyabr 2015-ci il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək
Sabah yay vaxtı ilə vidalaşırıq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 oktyabr 2015-ci il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti