...

BAMF-ın ofisində BMT-nin 70 illiyi qeyd olundu (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2015 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktaybr /Trend/

BAMF-ın Bakı ofisində BMT-nin 70 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbir zamanı bir sıra şəxslərin çıxışları və müzakirə sessiyası olub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev bəşəriyyətin ən çətin və sınaq qarşısında olduğu bir dönəmdə BMT-nin dünyada sülhün, tərəqqinin, əmin-amanlığın simvoluna çevrilməsini və illərdir ki, dünyada təhlükəsizliyin, sülhün, dayanıqlı inkişafın, fundamental insan hüquqlarının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, sülhməramlı aksiyalar və bir sıra digər məsələlərdə dövlətləri və vətəndaş cəmiyyəti qurumlarını bir araya gətirməklə bəşər övladının firavan yaşamına, tərəqqisinə öz töhvəsini verməsini vurğulayıb.

Həmçinin BAMF-ın BMT strukturları ilə illərdir davam edəm əməkdaşlığından və bu yönümdə həyata keçirdiyi layihələrdən söhbət açıb. U.Mirzəyev BMT-nin Sosial-İqtisadi Şurasının QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətinin əsas qayəsi kimi BMT-nin prinsip və qaydaları, strateji proqramlarını diqqətə çatdırıb.

Daha sonra çıxış edən BAMF-ın beynəlxalq məsləhətçisi və 12 il ərzində BMT sistemində çalışan Lütful Kabir BMT-nin önəmli və dünya miqyasında möhtərəm bir qurum olduğunu vurğulayıb. Sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, millətlərarası dostluq münasibətlərinin inkişaf etdirilməsi və digər mühüm istiqamətlərdə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında uzun 1992-ci ildən mövcud olan əlaqələr və möhkəm əməkdaşlığı qeyd edib. Sonda isə L.Kabir bildirib ki, BAMF üçün BMT-nin İqtisadi Sosial Şurasının QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü olması şərəfdir və bu statusun qorunub saxlanılması hər bir BAMF əməkdaşının borcudur.

Tədbirdə çıxış edən jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, BMT dedikdə elə BAMF yada düşür, çünki yarandığı dövrdən BAMF-ın fəaliyyətlərində öz əksini tapan "Evdə sülh, ölkədə sülh, cahanda sülh" şüarı BMT-nin missiyası ilə üst-üstə düşür və BMT ailəsinin bir üzvü olaraq BAMF BMT qurumları ilə əməkdaşlıq istiqamətindəki fəaliyyətinidə hər zaman dünyada sülhün və sabitliyin qorunması münaqişələrin aradan qaldırılması, dayanıqlı inkişafın təmin edilməsi, sosial-iqtisadi proqramların icrası istiqamətində işlərin görülməsində BMT-nin əsas tərəfdaşlarından biri olacaq.

Müzakirələr zamanı qərara alınıb ki, BAMF-ın əsas və regional ofislərində BAMF-ın əsas şüarı ilə birgə BMT -in Dağlıq Qarabağ Münaqişəsi ilə bağlı qəbul etdiyi 4 Qətnaməsi nümayiş ediləcək və bu bir növ BMT-yə üzv olacaq ölkələrə "qətnamələrə əməl edərək regioana sülh gətirək" çağırışı olacaq. Ən əsası isə BMT-nin 70 illiyi münasibəti ilə yaxın vaxtlarda BAMF-ın ofisində BMT Rezident Koordinatorunun Azərbaycanda olduğu vaxtda BMT agentliklərinin üzvləri ilə görüş təşkil ediləcək.

Tədbirdə həmçinin BMT-nin yaranma tarixi və 1945-ci ildən bu yana olan nailiyyətləri barədə video çarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti