Bakı, 27 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 12 nəfər müraciət edib.
Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, bu rəqəmi ötən ilin müvafiq dövrü ilə müqayisədə az hesab etmək olar: "Bu il dəm qazından zəhərlənənlər arasında ölüm halları baş verməyib".
Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanları ehtiyatlı olmağı tövsiyə edib.