...

Bakı şagirdləri üçün fənn müsabiqələri keçirilib

Cəmiyyət Materials 7 Noyabr 2015 14:31 (UTC +04:00)
Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələri keçirilib.
Bakı şagirdləri üçün fənn müsabiqələri keçirilib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Trend-ə verilən məlumata görə, təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli "Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə" əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub.

Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə 8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib.

Müsabiqə iştirakçılarına 30 test sualı cavablandırmaq üçün 1,5 saat vaxt verilib.

Fənn müsabiqələrinin yanvar ayına qədər 3 dəfə keçirilməsi nəzərdə tutulub. Fənn müsabiqələrinin iştirakçısı olan şagirdlər nəticələrindən asılı olmayaraq hər üç mərhələdə biliklərini sınayacaqlar.

Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti