...

Bayram yenidən gəlir: Yeni ildə "Coca-Cola" ilə avtomobil qazanın

Cəmiyyət Materials 11 Noyabr 2015 15:57 (UTC +04:00)
Sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkəti qarşıdan gələn Yeni İl bayramında insanlara xoşbəxt anlar yaşatmaq üçün yeni kampaniya təqdim edir.
Bayram yenidən gəlir: Yeni ildə "Coca-Cola" ilə avtomobil qazanın

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan "Coca-Cola" şirkəti qarşıdan gələn Yeni il bayramında insanlara xoşbəxt anlar yaşatmaq üçün yeni kampaniya təqdim edir.

Uzun illər ərzində "Coca-Cola"nın həyata keçirdiyi parlaq kampaniyalar bütün dünyada Yeni il bayramının ayrılmaz tərkib hissəsinə çevrilib. İlin sonunun yaxınlaşması şirkətin ənənəvi Yeni il aksiyasının başlanması deməkdir. "Coca-Cola" tərəfindən keçirilən hər növbəti Yeni il aksiyası daha irimiqyaslı olmaqla milyonlarla insanı sevindirir və hər kəsə əsl bayram əhval-ruhiyyəsi yaşadır.

Hər il olduğu kimi Yeni il bayramının ab-havasını daha da zənginləşdirən "Azerbaijan Coca-Cola Bottlers" şirkəti yeni 2016-ci il ərəfəsində böyük məmnuniyyətlə Azərbaycanda Yeni il kampaniyasının başlanmasını elan edir. Kampaniya çərçivəsində cari ilin noyabr ayının 2-dən gələn ilin yanvar ayının 6-dək 2 və ya 2,5 litrlik "Coca-Cola" və ya "Fanta Portağal", yaxud 2 litrlik "Sprite" alan hər kəs avtomobil udmaq şansını qazanacaq. "Coca-Cola", "Fanta Portağal" və ya "Sprite"ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak haqqı qazanır. Kampaniya müddəti ərzində hər həftənin çərşənbə günü keçiriləcək lotereyada "Volkswagen Polo" avtomobili qazanmaq şansı yaranır. Bundan başqa, kampaniya iştirakçıları 100 minlərlə 1 litrlik "Coca-Cola" qazana bilərlər.

Artıq baş tutmuş lotereyanın birinci tirajında ilk qalib müəyyənləşib. Bu, Binə qəsəbəsi sakini xanım Azadə Mustafayeva olub ki, o, "Volkswagen Polo" avtomobili qazanıb.

"Yeni il ən istəkli arzuların həyata keçdiyi sehrli bir andır. Biz "Coca-Cola" şirkəti olaraq Azərbaycanda yaşayan hər kəsi qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edir və onlara xoşbəxtlik arzulayırıq. "Coca-Cola" hər kəsin içkisidir və elə biz də hər kəsi Yeni il kampaniyasının iştirakçısı olmağa, həmçinin avtomobil udmaq fürsətini əldən qaçırmamağa çağırırıq", - deyə "Azerbaijan Coca-Cola Bottlers" şirkətini baş meneceri Cem Becel bildirib.

"Coca-Cola" artıq uzun müddətdir ki, Yeni il sehrini dünyanın hər bir yerində insanlarla paylaşır. Şirkətin ilin ən gözlənilən bayramının müjdəçisi olmağı heç də təsadüfi deyil. Məsələn, bir çox ölkələrdə bayramının başlıca simvollarından sayılan Santa Klausun hamımıza tanış obrazının ərsəyə gəlməsində "Coca-Cola"nın böyük rolu var. Əvvəllər Santa Klaus atla hərəkət edən və elfə oxşayan bir personaj idi. Daha sonra isə məhz "Coca-Cola"nın reklam kampaniyasından sonra mehriban, ağ-qırmızı geyimli qəhrəman meydana gəldi.

Santa Klausun hekayəsi obrazın özü kimi sehrlidir! Bu Yeni il personajının müasir obrazı 1930-cu illərdə "Santa da "Coca-Cola" içir" adlı reklam kampaniyası çərçivəsində yaradılıb. Layihəyə cəlb olunmuş "D'Arcy" reklam agentliyinin icraçı direktoru Arçi Li Miçiqandan olan rəssam Heddon Sendbloma Santa geyimində olan insanın deyil, həqiqi Santanın obrazını yaratmağı tapşırır.

Beləliklə, yeni Santanın debütü 1931-ci ildə Milad bayramı ərəfəsində baş tutub və o vaxtdan etibarən "Coca-Cola"nın təqdim etdiyi Santa obrazının təsvir olunduğu reklam modulları "Ladies Home Journal", "National Geographic", "The New Yorker" kimi tanınmış dərgilərdə çap olunub. 30 il ərzində Sendblom hər Milad bayramı üçün Santa Klausun yeni şəkillərini yaradırdı. Günümüzdə bu şəkillər "Coca-Cola" arxivinin dəyərli eksponatlarıdır. Müxtəlif illərdə sözügedən şəkillər Çikaqoda Elm və Sənaye muzeyində, Torontoda yerləşən Ontario Kral muzeyində, hətta Parisin Luvr muzeyində də sərgilənib. Santa təsvirlərinin bəzilərini "Coca-Cola"nın Atlantadakı muzeyində daimi ekspozisiyada görmək olar. "Coca-Cola"nın təqdim etdiyi Santa Klaus obrazı bayram ab-havasını ölkə sərhədlərini aşaraq bütün dünyada canlandıran beynəlxalq simvola çevrilib.

Dünyanın bir çox yerində Yeni il ərəfəsində bayram sevincini təcəssüm etdirən əsas simvollarından biri insanlara xoşbəxtlik daşıyan "Coca-Cola" qırmızı yük avtomobilləridir. İlk dəfə 1995-ci ildə şirkətin reklam çarxında görünmüş bayram karvanı sonralar dünyanın hər bir yanında, o cümlədən ölkəmizdə insanlara sevinc dolu anlar yaşatmaqda davam edir.

Şirkət həyata keçirdiyi aksiyalar vasitəsilə ilin sehrli anlarında hər kəsi vaxt, sevinc və xoşbəxtliyini yaxınları, həmçinin ehtiyacı olan hər kəslə paylaşmağa çağırır. "Coca-Cola" hər zaman insanları hədiyyədən daha çoxunu görməyə və əsl bayram əhval-ruhiyyəsinə köklənməyə ruhlandırır.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti