Baş Prokurorluq: Rabitə Nazirliyində 95 milyon manat dövlət vəsaiti mənimsənilib

Baş Prokurorluq: Rabitə Nazirliyində 95 milyon manat dövlət vəsaiti mənimsənilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istintaqla müəyyən edilib ki, dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanması məqsədilə rollar bölüşdürülməklə qeyd olunan qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi təşkil olunaraq büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirilib. Korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israf etmələri aşkar edilib.

Belə ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. Bundan sonra B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyən edilib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Vergilər və Maliyyə nazirliklərinin mütəxəssisləri tərəfindən qeyd olunan dövlət və özəl müəssisə və şirkətlərin maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilir.

Cinayət işi üzrə korrupsiya şəbəkəsinə daxil olan şəxslərin tam dairəsinin və vurulmuş ziyanın müəyyən edilməsi, habelə vurulmuş ziyanın ödənilməsi və talanmış əmlakın aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq
Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq
"Netflix"in işində nasazlıqlar yaranıb
"Netflix"in işində nasazlıqlar yaranıb
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Loading Bars
Xəbər lenti
Türkiyədə ötən sutka koronavirusa 82 mindən artıq yoluxma qeydə alınıb
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)
"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Türkiyə Rusiya və Ukraynanı gərginliyi azaltmağa çağırıb
Qırğızıstanın mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
Bakıda qanunsuz parklanma ilə bağlı reyd: 180-dən çox sürücü cərimələndi (FOTO/VİDEO)
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib (FOTO)
Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir - Səfir (FOTO)
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir (FOTO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN
Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı Selcan Maqsudova təmsil edəcək
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq
Füzuli sakinləri Beyləqanda pulemyot satarkən tutuldu (FOTO/VİDEO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Xəzərdən nərə balıqlarını qanunsuz ovlayan şəxslərə cinayət işi açılıb
Ən iddialılar "Teknofest"də yarışır
Kürdəmir sakinindən heroin və tiryək götürülüb
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama (ÖZƏL)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb
Bir neçə qurum avtomobillərini ucuz qiymətə satışa çıxarır
DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verildi
Azərbaycanda 3 helikopter satışa çıxarılır (FOTO)
Paşinyan Türkiyəyə səfər edə bilər
Yelo Bankdan gömrük işçilərinə zaminsiz və komissiyasız kredit!
Azərbaycan və Türkmənistanın “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
İranda daha 30 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yaradıb - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Göygöldəki Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir (FOTO)
Tural Sadıqlı və Fikrət Hüseynov barəsində axtarış elan olunub
AAYDA və "Azərsu" ASC birgə məlumat yayıb (FOTO)
Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb (FOTO)
Ağacları zədələyən şirkət cəzalandırılıb
İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya yeni vəzifə verildi
Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb
Əjdər Olun məhkəməsi keçirilib
Vladimir Putin Türkiyəyə səfər edəcək
Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Naqif Həmzəyev
Təhsil Nazirliyindən direktorun rüşvət istəməsinə dair səs yazısı ilə bağlı AÇIQLAMA (VİDEO)
Hafiz Məmmədov barəsində həbs qərarı verilib - Rəsmi
Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir
Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi
Xaricdən gələn şübhəli zənglərin 90 faizə yaxını bloklanıb - Nazir müavini
Ukraynada əsgər 5 hərbçi yoldaşını belə öldürüb (VİDEO)
Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub
Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev
Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır - Anar Əliyev
Sabah hava necə olacaq?
Vətən müharibəsi iştirakçılarının siyahısı tərtib olunub Zəfər altsisteminə daxil ediləcək - Nazir müavini
SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
"Baktelecom" və "Aztelekom"un birləşdirilməsi planlaşdırılır - Rövşən Rüstəmov
Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd siqaret aşkarlanıb
Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)
Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Postmüharibə reallıqlarında regional əməkdaşlığın yeni imkanları. Zəngəzur dəhlizi - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)
Qəbələdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hindistanın Respublika Günü qeyd edilib (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərdə 13 layihə üzrə 9 yolun tikintisi başlayıb - Müşavir
Peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır - Baş infeksionist
Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız - Hakim
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)
Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini
Azərbaycan-İran əməkdaşlığı regional sülhə və tərəqqiyə xidmət edir - Kamaləddin Qafarov
Sosial məsuliyyət istiqamətində stimullaşdırıcı tədbirlər nəzərdə tutula bilər - Fərid Qayıbov
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb - BMT rəsmisi
Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?
Aİ aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür - Peter Mixalko
Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini
“Məşğulluq marafonu” çərçivəsində 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazir
Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb - Sahil Babayev
Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır - Nazir müşaviri
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində aparıcı rol oynayır - Aİ nümayəndəliyinin rəhbəri
Azərbaycanda sənaye zonalarında istehsal edilən məhsulun dəyəri açıqlanıb
Bakı Taksi Xidmətinə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır
Bakıda havanın keyfiyyəti yaxşılaşıb - ETSN
Azərbaycan böyük yəhudi icmasının yaşadığı unikal müsəlman ölkəsidir - İsrail səfiri (FOTO)
Bütün xəbərlər