...

ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərlərarası Forumu öz işinə başlayıb

Cəmiyyət Materials 19 Noyabr 2015 11:36 (UTC +04:00)
Bu gün ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərlərarası Forumu öz işinə başlayıb.
ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərlərarası Forumu öz işinə başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərlərarası Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, forumda Rusiyadan böyük nümayəndə heyəti-Rusiyanın müxtəlif şəhərlərində yerləşən universitetlərinin rektorları iştirak edir.

Rektor qeyd edib ki, bu forum çərçivəsində Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandum imzalanacaq. Sabah Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun iştirakı ilə sənədin imzalanma mərasimi keçiriləcək. Bu assosisiyanın yaradılmasının hər iki tərəf üçün çox səmərəli olacağına ümid etdiyini deyən H.Paşayev bildirib ki, bu qurum Rusiya və Azərbaycan universitetlərinə gələcəkdə daha geniş şəkildə əməkdaşlıq etməyə təkan verəcək, universitetlərin öz potensiallarını qoymağa imkan verəcək.

Azərbaycan və Rusiya arasında təhsil sahəsində gözəl əlaqələrin olduğubu vurğulayan H.Paşayev əlavə edib ki, hazırda Rusiyada cox sayda azərbaycanlı tələbələr, eyni zamanda, Azərbaycanda da rusiyalı tələbələr təhsil alır.

ADA-nın yaranma fəaliyyəti haqqında da danışan rektor universitetinin kampusu barədə də qonaqlara məlumat verib. Onun sözlərinə görə, ADA-nın kitabxanasını fərqləndirən əsas cəhətlərdən biri burada xarici dildə elmi ədəbiyyatların sayının çox olmasıdır.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov deyib ki, bu forum çərçivəsində əməkdaşlıq etməkdən, assosiasiya yaratmaqdan başqa, iki ölkənin universitetləri arasında iki tərəfli müqavilələr də bağlanıla bilər.

E.Hüseynovun sözlərinə görə, əməkdaşlıq yalnız bu assosiasiya daxilində əməkdaşlıq etməklə məhdudlaşdırılmalı deyil, digər universitetlərin də təcrübələrini öyrənmək olar.

Ufim Dövlət Neft Texnologiyaları Universitetinin rektoru Ramil Baxtizin forumun Azərbaycanda keçirilməsinə görə, Azərbaycanın Təhsil Nazirliyinə və ADA Universietinə təşəkkür edib.

Universitetlər arasında əlaqələrin qurulmasının vacibliyindən danışan rektor qeyd edib ki, Bakı həmişə neft elminin mərkəzi olub və bu, yenə də belədir.

Bir alim kimi Azərbaycanın elmi mühitində yetişdiyini deyən R.Baxtizin bu forumun Azərbaycan və Rusiya arasında elmi əlaqələrinin inkişafına töhfə verəcəyinə ümid etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti