...

Səlim Müslümov Beyləqanda 7 rayon sakinlərini fərdi qaydada qəbul edəcək

Cəmiyyət Materials 23 Noyabr 2015 11:39 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda 7 rayonun sakinlərini fərdi qaydada qəbul edəcək.
Səlim Müslümov Beyləqanda 7 rayon sakinlərini fərdi qaydada qəbul edəcək

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda 7 rayonun sakinlərini fərdi qaydada qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 27-də saat 10:00-da Beyləqan rayonunda Heydər Əliyev Mərkəzində Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Beyləqan, Füzuli, İmişli, Xocavənd rayonları üzrə (021) 246-62-68, Kürdəmir rayonu üzrə (020) 255-23-45, Ucar və Zərdab rayonları üzrə (020) 213-15-51 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti