...

Gəncədə vəziyyət tam sabitdir

Cəmiyyət Materials 27 Noyabr 2015 13:39 (UTC +04:00)
Gəncədə vəziyyət tam sabitdir.
Gəncədə vəziyyət tam sabitdir

Bakı. Samir Məmmədov - Trend:

Gəncə şəhərində vəziyyət tam sabitdir. Bu barədə Trend-ə Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Qeyd edək ki, noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində "Müsəlman biriliyi" adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulub. Ondan "TT" markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.

Həmin gün Gəncə şəhər sakini Ruzi İsmayılov da "Nardaran" hadisələri ilə əlaqədar "Müsəlman Birliyi" adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. R.İsmayılov tutulmuş və ondan 1 ədəd "F-1", 1 ədəd "RQD-5" qumbaraları və 14 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti