Bakı. Elmir Murad - Trend:
Bu gün Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb. Faktı Trend-ə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev təsdiqləyib.
O bildirib ki, elektrik enerjisinin verilişi abonentlərin borcuna görə dayandırılıb.
T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum bununla bağlı bir müddət əvvəl xəbərdarlıq edib: "Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq".