...

Xüsusi qərargah: Yanğının qarşısını almaq üçün "Günəşli" yatağında 10-cu özüldə hasilatın dayandırılması planlaşdırılır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 9 Dekabr 2015 11:14 (UTC +04:00)
Bu gün səhər saatlarından hava şəraitinin pis keçməsinə baxmayaraq, yanğın baş verən "Günəşli" yatağında Fövqladə Hallar Nazirliyinin helikopterləri və AZAL-ın helikopterləri ilə axtarışlar davam etdirilib.
Xüsusi qərargah: Yanğının qarşısını almaq üçün "Günəşli" yatağında 10-cu özüldə hasilatın dayandırılması planlaşdırılır (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün səhər saatlarından hava şəraitinin pis keçməsinə baxmayaraq, yanğın baş verən "Günəşli" yatağında Fövqladə Hallar Nazirliyinin helikopterləri və AZAL-ın helikopterləri ilə axtarışlar davam etdirilib.

Trend-in məlumatına görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan xüsusi qərargahda bu gün keçirilən brifinqdə yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

B.Ağarəhimov bildirib ki, təəssüflər olsun ki, axtarışlar bir nəticə verməyib.

O qeyd edib ki, hava şəraitinin pis keçməsi ilə əlaqədar sualtı axtarış işləri dayandırılıb: "Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu şəraitdə sualtı axtarışlar təhlükəlidir".

B.Ağarəhimov deyib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir: "Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub".

x x x

Baş mühəndis əlavə edib ki, yanğının qarşısını almaq məqsədilə "Günəşli" yatağında 10-cu özüldə hasilatın tamamilə dayandırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti