Bakı. Trend:
Bakı Apelyasiya Məhkəməsində "Sülh və Demokratiya İnstitutu" adlandırılan qurumun həbsdə olan rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə L.Yunusun şərti azadlığa buraxılması barədə qərar qəbul edib.
Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə qərarına əsasən, L.Yunusla bağlı ittihamdan CM-nin 320.1 (sənədlərin saxtalaşdırılması) maddəsi çıxarılıb. Qalan hissələrdə hökm dəyişdirilmədən saxlanılıb: "Təyin olunmuş cəza şərti hesab olunub. Leyla Yunusa və Arif Yunusa 5 il sınaq müddətinə şərti cəza təyin olunub". Vəkil onların evlərindən birinin üstündən müsadirənin qaldırıldığını da qeyd edib.
L.Yunus məhkəmə zalından azadlığa buraxılıb.