...

Azad Rəhimov: Bütün könüllülərə könüllülük pasportu təqdim edilir

Cəmiyyət Materials 14 Dekabr 2015 15:36 (UTC +04:00)
Azərbaycanda əhalinin 60 faizini 30 yaşadək insanlar təşkil edir.
Azad Rəhimov: Bütün könüllülərə könüllülük pasportu təqdim edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda əhalinin 60 faizini 30 yaşadək insanlar təşkil edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib.

Gənclər siyasətinin dövlətin siyasətinin prioritet istiqamətinə çevrildiyini deyən A.Rəhimov qeyd edib ki, bu gün könüllülük hərəkatı xüsusi vüsət alıb.

Nazir qeyd edib ki, hazırda bütün könüllülərə könüllülük pasportu təqdim etmək prosesi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti