...

"Günəşli"dəki qəzadan sonra ilk dəfə evə qayıdan platforma rəisi: Psixi sarsıntılarım var

Cəmiyyət Materials 17 Dekabr 2015 11:36 (UTC +04:00)
Müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından dekabrın 16-da evə buraxılan "Günəşli" neft yatağının 10-cu platformasının rəisi Allahverdi Məmmədov həkimlərin müşayiəti ilə Siyəzən rayonundakı evinə aparılıb.
"Günəşli"dəki qəzadan sonra ilk dəfə evə qayıdan platforma rəisi: Psixi sarsıntılarım var

Bakı. Samir Məmmədov - Trend:

Müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından dekabrın 16-da evə buraxılan "Günəşli" neft yatağının 10-cu platformasının rəisi Allahverdi Məmmədov həkimlərin müşayiəti ilə Siyəzən rayonundakı evinə aparılıb.

Bu barədə Trend-ə A.Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, dünən səhhəti yoxlanıldıqdan sonra ev şəraitində müalicəsinə icazə verilib: "Dünən axşam həkim və psixoloqun müşayiəti ilə evə gəldim. Özümü normal hiss edirəm. Bir az yüngül ağrılarım və psixi sarsıntılarm var. Ümumilikdə səhhətimdə yaxşılığa doğru çox irəliləyiş hiss edirəm".

A.Məmmədov bildirib ki, dünən onunla evə gələn həkim və psixoloq ambulator müalicəsi üçün yenidən dərmanlar yazıb. Platforma rəisi hazırda müalicəsini davam etdirir. O deyib ki, hazırda tam sərbəst, normal hərəkət edir, ayaq üstə gəzməyində problem yoxdur.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Yanğın zamanı ən ağır xəsarət alan platforma rəisi Allahverdi Məmmədov isə əməliyyat olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti