...

"Keşikçi dağ" sərhəd zastavası kompleksi istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2015 18:37 (UTC +04:00)
Dekabrın 18-də Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksi istifadəyə verilib.
"Keşikçi dağ" sərhəd zastavası kompleksi istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Dekabrın 18-də Şəmkir Sərhəd Dəstəsinin "Keşikçi dağ" sərhəd zastavası kompleksi istifadəyə verilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə "Keşikçi dağ" sərhəd zasta­va­sının Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmə­tin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olduğu qeyd edilib.

Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Müаsir tələblərə cаvаb verən sərhəd zas­ta­vasındа şəхsi heyət üçün lаzımi məişət şərаiti оlаn yataqxana, yemək­xana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib. Sərhəd zasta­vasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadan­lıqlarla tam təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti