...

"Türk Hava Yolları" turizm agentlikləri ilə görüşdü

Cəmiyyət Materials 22 Dekabr 2015 11:59 (UTC +04:00)
Dekabrın 21-də Hilton oteldə Türk Hava Yolları (THY) şirkətinin Bakı nümayəndəliyinin turizm agentlikləri ilə ilin sonuna həsr edilmiş görüşü baş tutub.
"Türk Hava Yolları" turizm agentlikləri ilə görüşdü

Bakı-Trend:

Dekabrın 21-də Hilton oteldə Türk Hava Yolları (THY) şirkətinin Bakı nümayəndəliyinin turizm agentlikləri ilə ilin sonuna həsr edilmiş görüşü baş tutub.

Trend-in məlumatına görə, "Türk Hava Yolları" şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas çıxışından öncə "Günəşli" platformasında həlak olan faciə qurbanlarının yaxınlarına başsağlığı verib. O, THY-nin Azərbaycandakı fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb:

"Hazırda dünyanın 285 nöqtəsinə 4386 uçuş həyata keçiririk. Təsadüfi deyil ki, 2014-cü ildə bizim xidmətlərimizdən istifadə edən müştərilərimizin sayı 55 milyon idisə, 2015-ci ildə bu rəqəm 60 milyona qalxıb. 10 il bundan öncə cəmisi 82 təyyarəmiz var idisə, bu gün 299 təyyarəmizlə dünyanın hər yerinə uçuruq. 2018-ci ildə bu rəqəmi 350-yə yüksəltməyi düşünürük.

Ümumiyyətlə 2018-ci il bizim üçün çox önəmli bir ildir. Bilirsiz ki, bu ildə İstanbulda 3-cü hava limanı istifadəyə veriləcək və bu bizim işimizin genişlənməsi üçün əvəzolunmaz imkan yaradacaq".

Təbirin sonunda THY-nin Bakı nümayəndəliyi 2015-ci ildə ən çox bilet satışını həyata keçirən turizm agentliklərinə təşəkkür plaketləri təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti