...

QMİ-də Məhəmməd peyğəmbərin Mövludu günü ilə bağlı tədbir keçirilib

Cəmiyyət Materials 24 Dekabr 2015 11:17 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (ə.s) Mövludu günü ilə bağlı tədbir keçirilib.
QMİ-də Məhəmməd peyğəmbərin Mövludu günü ilə bağlı tədbir keçirilib

Bakı. Elmir Murad - Trend:

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (ə.s) Mövludu günü ilə bağlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhəmməd peyğəmbərin (ə.s) Mövludu gününün əhəmiyyətindən danışaraq, hər kəsi bu münasibətlə təbrik edib.

SSRİ dövründə Məhəmməd peyğəmbərin mövludu gününü keçirməyin çox çətin olduğunu söyləyən A.Paşazadə qeyd edib ki, buna baxmayaraq gizlin olsa da, Mövlud günü həmişə qeyd olunub.

O, ulu öndər Heydər Əliyevin daima onlara qayğı göstərdiyini vurğulayıb: "İstər SSRİ dövründə, istərsə də digər dövrlərdə dinimizi unutmamışıq, bu günü qeyd etmişik. Heydər Əliyevin "Təzə Pir" məsçidinə gəldiyi gün yadımdadır. O, həmişə bizə qayğı və diqqqəti ilə seçilərdi. Çox maraqlıdır ki, bu gün də Mövlud günü Prezident İlham Əliyevin doğum gününə təsadüf edir. Bu münasibətlə Prezident İlham Əliyevə və onun ailəsinə can sağlığı və xoşbəxtlik arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti