...

Təhsil Nazirliyi: Ali məktəblərə qəbul olan tələbələrin keyfiyyəti artıb

Cəmiyyət Materials 25 Dekabr 2015 12:51 (UTC +04:00)
2015-2016-cı tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri isə 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb.
Təhsil Nazirliyi: Ali məktəblərə qəbul olan tələbələrin keyfiyyəti artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2015-2016-cı tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri isə 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul aparılmayıb.

Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində "Gələcəyin müəllimi" təqaüdü verilib. Bununla da "Gələcəyin müəllimi" təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb.

2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı minimal keçid balı 200 bal həddində müəyyən edilib. İlk dəfə olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə bir sıra ixtisaslara minimal keçid balları müəyyənləşdirilib və imtahanlardan sonra keçid balları aşağı salınmayıb. Nəticə etibarilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin keyfiyyəti artıb, qəbul planı 85% yerinə yetirilib və ya 32 849 nəfər tələbə adı qazanıb.

Ötən tədris ilindən fəaliyyətə başlamış SABAH qruplarında 45 ixtisas üzrə 1629 tələbə təhsil alır. Elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərən bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunub.

Ölkəmizin ali məktəb və kolleclərinin 17 859 tələbəsi Bakı-2015 Avropa Oyunlarında könüllü kimi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti