...

Elmar Qasımova ilin “Ən yaxşı rektor”u diplomu təqdim olundu

Cəmiyyət Materials 30 Dekabr 2015 11:17 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımova “Azerbaycan Universitetleri” Facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci tədris ili üçün "Ən yaxşı rektor" müsabiqəsinin qalibi olaraq diplom təqdim olundu.
Elmar Qasımova ilin “Ən yaxşı rektor”u diplomu təqdim olundu

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımova "Azerbaycan Universitetleri" Facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci tədris ili üçün "Ən yaxşı rektor" müsabiqəsinin qalibi olaraq diplom təqdim olundu.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, universitetlərin reytinq lideri olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mövsüm ərzində aktivliyinə, tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi Ali Məktəbin media ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən simvolik səsvermədə üstün olmasına (41%) görə bu ada layiq görülüb.
Xatırladaq ki, buna qədər səhifədə keçirilən ilk 2 yarışmada BDU rektoru, akademik Abel Məhərrəmov və ADA Universitetinin rektoru Hafiz Paşayev qalib olublar.

Bu ilki müsabiqədə II yerdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov, III yerdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti