...

Bayram günlərində təcili tibbi yardım stansiyalarının işi artıb

Cəmiyyət Materials 2 Yanvar 2016 10:34 (UTC +04:00)

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, 31 dekabr 2015 və 1 yanvar 2016-ci il tarixlərdə Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilib.

Belə ki, həmin günlərdə olan çağırışların sayı adi günlərdə qeydə alınan orta göstəricidən təxminən 8 faiz cox olub.

Bildirilib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük, əsasən, təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb. Adi günlərdə olduğu kimi, çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiqlə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti