...

Quba və Şirvanda QHT-lər üçün təlim və məlumatlandırma sessiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Yanvar 2016 19:26 (UTC +04:00)
Şura Quba və Şirvanda QHT-lər üçün təlim və və məlumatlandırma sessiyası keçirib
Quba və Şirvanda QHT-lər üçün təlim və məlumatlandırma sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Quba rayonunda "QHT şəbəkəsi üçün səmərəli idarəetmə" mövzusunda təlim təşkil edib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimdə Quba, Şabran, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən 25 QHT-nin nümayəndələri iştirak ediblər. Şuranın məsləhətçiləri Həsən Səmədov və Toğrul Turabov çıxış edərək layihə təkliflərinin hazırlanması və idarə edilməsi haqqında təlim iştirakçılarına ətraflı məlumat veriblər.

Bu gün, həmçinin Şirvan şəhərində Şuranın baş məsləhətçisi Amid Mirzəyev və məsləhətçi Fərid Qəhrəmanovun iştirakı ilə Şuranın 2016-cı il 1-ci maliyyə müsabiqəsi, QHT-lərin bilik və bacarıqlarının artırılması və onlara praktiki köməkliklərin göstərilməsi məqsədilə layihə təkliflərinin yazılması, onun idarə olunması, hesabatların elektron qəbulu prosesinə edilmiş əlavə və dəyişikliklər, eləcə də QHT-lərin illik maliyyə hesabatlarının hazırlanması mövzularında məlumatlandırma sessiyası keçirilib.

Sessiyada Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbər şəxsləri və mühasiblər iştirak ediblər.

Keçirilən tədbirlərdə elektron hesabatlılıq, QHT-lərin layihə hazırlığı prosesində qarşılaşdığı məsələlər və digər mövzularda geniş müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti