...

Universitetdən intihar edən tələbənin atasının rüşvətlə bağlı iddiasına rəsmi açıqlama

Cəmiyyət Materials 12 Yanvar 2016 14:33 (UTC +04:00)

Bakı. Ilhamə İsabalayeva - Trend:

Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atasının imtahana görə qızından rüşvət istənilməsi ilə bağlı səsləndirdiyi iddiaya rəsmi açıqlama verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili Trend-ə açıqlamasında rüşvətlə bağlı iddiaları təkzib edib.

Onun sözlərinə görə, məktəblərdə imtahan sessiyalarının keçirilməsinə rektorluq tərəfindən ciddi nəzarət edilir və imtahanlara görə pulun yığılması qadağan edilib: "Rumiyyə qrupda imtahandan ən aşağı nəticə göstərənlərdən biri idi. Əgər hansısa tələbənin narazılığı var idisə, o, universitetin apelyasiya komissiyasına və rektorluğa müarciət edə bilərdi. Məhkəmə bunu araşdıracaq və məsələlərə aydınlıq gətiriləcək".

Qeyd edək ki, R.Qasımovanın meyiti dəniz sahilində tapılıb. Atasının verdiyi açıqlamaya görə, imtahanlara görə pul istənilib: "Evdə ağzından qaçırmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik. Bununla bağlı lazımi yerlərə, Təhsil Nazirliyinə də şikayət edəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti