...

FHN-in təyyarəsi neftçinin meyitini gətirmək üçün yola düşüb

Cəmiyyət Materials 12 Yanvar 2016 15:20 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyitini gətirmək üçün yola düşüb.
FHN-in təyyarəsi neftçinin meyitini gətirmək üçün yola düşüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyitini gətirmək üçün yola düşüb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti