...

SOCAR rəhbərliyi itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb

Cəmiyyət Materials 18 Yanvar 2016 17:41 (UTC +04:00)
Dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10, "Neft Daşları"ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu yanvarın 18-də SOCAR-ın Baş ofisində olub.
SOCAR rəhbərliyi itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb

Bakı. Trend:

Dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10, "Neft Daşları"ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu yanvarın 18-də SOCAR-ın Baş ofisində olub.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, şirkətin vitse-prezidentləri Rəhman Qurbanov, Xalik Məmmədov və Bədəl Bədəlov onlarla görüşüb, aparılan axtarış işləri haqqında onlara ətraflı məlumat veriblər. İtkin düşənlərin ailə üzvlərinin arzu və istəkləri dinlənilib, onların bütün sualları cavablandırılıb. Qeyd olunub ki, son cəsədlərin tapıldığı Türkmənistan ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı dövlətlərarası razılığın əldə olunması istiqamətində zəruri olan müvafiq tədbirlər həyata keçirilir.

İtkin düşmüş neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq, yanvar ayının sonunda onlarla daha bir görüşün keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti