...

Yaponiyanın internet TV-nin canlı yayımı 20 Yanvar hadisələrinə həsr edilib

Cəmiyyət Materials 19 Yanvar 2016 19:18 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 18-də Yaponiyanın Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant tələbə Əlibəy Məmmədovun təşəbbüsü ilə "World Investors TV" internet kanalının canlı yayımı 1990-cı il 20 Yanvar hadisələrinə həsr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "20 Yanvar - azərbaycanlıların qürür günü" adlı verilişdə həmyerlimiz Ə.Məmmədov aparıcının "20 Yanvar hadisəsi nədir və necə baş verdi" sualı ətrafında danışarkən bu hadisənin tarixi və nəticələri haqqında məlumat verib, bu günün müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olduğunu bildirib.

Ə.Məmmədov xalqımızın hələ 1980-ci illərin sonlarından başlayan azadlıq mübarizəsindən danışıb və bildirib ki, xalqın azadlıq ruhunu qırmaq istəyən keçmiş Sovet İttifaqı rəhbərliyi 1990-cı il yanvarın 19-da Bakıya ordu yeridib. Nəticədə 19 və 20 yanvar tarixlərində Azərbaycan 147 nəfər şəhid verib. Bu hadisələrdən sonra Azərbaycanda milli vətənpərvərlik, müstəqillik hissləri daha da güclənib, xalqımız yumruq kimi birləşərək müstəqillik qazanıb.

Verilişin digər qonağı, AZƏRTAC-ın Yaponiyadakı müxbiri Vüqar Ağayev Sovet İttifaqının dağıldığı ərəfədə ermənilərin yaranmış gərgin vəziyyətdən istifadə edərək azərbaycanlılara qarşı törətdiyi cinayət aktlarından, öz doğma yurdlarından qovulan azərbaycanlıların acınacaqlı aqibətindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti