Bakı. İlhamə İsabalayeva - Trend:
Azarbaycan Hesablama Palatasının işinə heç bir qurum müdaxilə etmir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işini sərbəst şəkildə həyata keçirir: "Elə bir qurum yoxdur ki, Hesablama Palatasının işinə müdaxilə etsin və şəffaflığın təmin olunmasına maneçilik törətsin".