...

Nazirlik: Lerikdə meşədə yanğına ziyarətçilərin səhlənkarlığı səbəb olub

Cəmiyyət Materials 20 Yanvar 2016 14:49 (UTC +04:00)
İlkin ehtimala görə, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyində yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib.
Nazirlik: Lerikdə meşədə yanğına ziyarətçilərin səhlənkarlığı səbəb olub

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin ehtimala görə, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyində yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 9 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayının 62-cı kvartalında yanğın hadisəsi baş verib.

Yanğın nazirliyin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 60 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti