Bakı. Trend:
"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 23-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.
Xatırladaq ki, ilk təyyarə yerli vaxtla İstanbul Atatürk büynəlxalq Hava Limanından saat 08:15-də, ikinci təyyarə Sabiha Gökçən Hava Limanında saat 22:55-də uçmalı idi.
Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.