...

Şaxtalı havaya görə 5 yol qəza hadisəsi baş verib

Cəmiyyət Materials 26 Yanvar 2016 10:32 (UTC +04:00)
Ötən gündən bu gün səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 5 yol qəza hadisəsi qeydə alınıb.
Şaxtalı havaya görə 5 yol qəza hadisəsi baş verib

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən gündən bu gün səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 5 yol qəza hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, bu hadisələr avtomobillərin sürüşərək birinin digərinə dəyməsi ilə əlaqədardr.

V.Əsədov deyib ki, qəza hadisələri zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti