...

ƏƏSMN-nin 142 - “Çağrı mərkəzi”nə ötən ay 13455 müraciət daxil olub

Cəmiyyət Materials 2 Fevral 2016 15:29 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi” tərəfindən ötən ay 13455 müraciət daxil olub.
ƏƏSMN-nin 142 - “Çağrı mərkəzi”nə ötən ay 13455 müraciət daxil olub

Bakl.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-"Çağrı mərkəzi" tərəfindən ötən ay 13455 müraciət daxil olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-"Çağrı mərkəzi"nə vətəndaşlar tərəfindən 13455 müraciət daxil olub.

Müraciətlərin 95 faizi vətəndaşların əmək qanunvericiliyi, məşğulluq və sosial təminat məslələrinə dair sorğularından ibarət olub və nazirliyin mütəxəssisləri tərəfindən hər bir sorğu ilə əlaqədar vətəndaşlara dolğun və əhatəli, qanunvericiliyin tələblərinə uyğun səviyyədə izahatlar verilib. 691 müraciətdə isə rəy və təkliflər, eləcə də araşdırılması lazım gələn məsələlər əksini tapdığından baxılaraq müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi tərtib olunmaqla nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ötən ay 142-"Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 5161-i (38,3%) sosial təminat, 2887-i (21,4%) əmək qanunvericiliyi, 2187-i (16,2%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə bağlı olub. Həmçinin 1803 (13,4%) müraciətdə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 1417 (10,5%) müraciətdə isə məşğulluq məsələləri əksini tapıb.

Son günlərdə vətəndaşların 142-"Çağrı mərkəzi" vasitəsilə nazirliyin informasiya sistemindən məlumat əldə edə bilməsinə də imkan yaradılıb. Belə ki, əlillik müayinəsinin nəticəsi barədə Nazirliyin "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" e-xidməti ilə yanaşı, artıq 142-"Çağrı mərkəzi" vasitəsilə də məlumat əldə etmək mümkündür. Bunun üçün -"Çağrı mərkəzi"nə zəng edildikdən sonra sadəcə 0 düyməsini yığaraq, operatorun avtomatik yönləndirməsi əsasında şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini rəqəmlərlə daxil etmək kifayət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti