...

Aleksandr İşein: Azərbaycanda indiyədək hər hansı dini problem, münaqişə olmayıb

Cəmiyyət Materials 10 Fevral 2016 16:00 (UTC +04:00)
Azərbaycanda dinlərarası gözəl münasibətin olması ciddi dövlət siyasətinin nəticəsidir.
Aleksandr İşein: Azərbaycanda indiyədək hər hansı dini problem, münaqişə olmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dinlərarası gözəl münasibətin olması ciddi dövlət siyasətinin nəticəsidir.

Trend-in məlumatına görə, bunu Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-fən fəaliyyətə başlayan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşündə deyib.

Azərbaycanın çoxmillətli dövlət, əhalisinin təqribən 98 faizinin müsəlman olduğunu, habelə ölkədə qarışıq nikahların olduğunu deyən A.İşein qeyd edib ki, Azərbaycanda indiyədək hər hansı dini problem, münaqişə olmayıb.

Onun sözlərinə görə, bütün bunlar ölkədə multikulturalizmin olmasına bir nümunədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti