...

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2016 13:07
Bu gün fevralın 19-da Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ilk yarış günü başlayıb.
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün fevralın 19-da Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ilk yarış günü başlayıb.

Yarışlar Milli Gimnastika Arenasında keçirilir.

Dünya Kubokunun ilk günündə kişilər arasında gimnastika atında, halqalarda hərəkətlər və sərbəst hərəkətlər üzrə təsnifat yarışları keçiriləcək. Qadınlar isə dayaqla tullanmada və paralel qollarda mübarizə aparacaqlar.

Azərbaycanı kişi gimnastikası üzrə yarışlarda Oleq Stepko və Petro Paxnyuk, qadınlarda isə dayaqla tullanmada Marina Nekrasova və Mariya Smirnova, paralel qollarda Yuliya İnşina və Marina Nekrasova təmsil edəcək.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku 19-21 fevral tarixlərində 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparacaq, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edəcək.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti